Şrift:
TDƏŞ ölkələrinin sahibkarları üçün ortaq biznes portalı yaradılıb
11.12.2019 [12:45] - İqtisadiyyat
Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin kiçik və orta biznes nümayəndələri arasında fiziki, bürokratik və ünsiyyət maneələrinin aradan qaldırılması məqsədilə "Turkic Business Portal" (turkicbusiness.com) istifadəyə verilib. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasından deyiblər. Bildirilib ki, Konfederasiya olaraq, Azərbaycan sahibkarlarının bu portalda fəal iştirak etməsinə nail olmaq məqsədilə üzvlərlə ciddi iş aparılır.
Qeyd olunan platforma heç bir vasitəçi olmadan KOB-lar arasında sürətli əlaqə yaratmağa və hazırda mövcud olan vahid veb-portal çərçivəsində müxtəlif mənbələr arasında bölüşdürülən məlumat, ticarət potensialı və fəaliyyətləri toplamağa imkan verəcək. Bu yolla Türk Şurasına üzv dövlətlərin sahibkarları arasında ünsiyyətin asanlaşdırılması və müvafiq məlumatların mərkəzləşdirilmiş qaydada alınması təmin ediləcək. Nəticə etibarilə ölkələrimiz arasında ticarət əlaqələrinin sürətinin və həcminin artmasına böyük kömək edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed