Şrift:
Torpaqların qeydiyyatı pulsuz olacaq
11.12.2019 [13:42] - Borçalı
Gürcüstanda planlaşdırılan islahata əsasən, yeni təşəbbüs qüvvəyə minib. 1 yanvar 2020-ci ilədək sadələşdirilmiş torpaq qeydiyyatı qaydası tətbiq edilib. Bu barədə parlamentin çoxluq lideri Qiorqi Volski özünün Facebook səhifəsində məlumat verib.
Q. Volski sadələşdirilmiş qeydiyyat prosedurunun İctimai Reyestr tərəfindən bir pəncərə əsasında həyata keçiriləcəyini və 1 yanvar 2022-ci il tarixinədək pulsuz olacağını bildirib.
Qeyd edilib ki, 2021-ci il yanvarın 1-dək torpaqların leqallaşdırılması sosial yardım alan ailələrin reytinq ballarına təsir göstərməyəcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed