Şrift:
Ankara ABŞ-ın sanksiyalarına qarşı İncirlikdəki aviabazanı Amerika əsgərlərinə bağlaya bilər
11.12.2019 [14:49] - Xəbərlər
Ankara Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ABŞ-ın tətbiq edəcəyi sanksiyalara cavab olaraq İncirlikdə aviabazanı Amerika əsgərlərinə bağlaya bilər. Bu bəyanatı “A Haber” telekanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Xarici İşlər naziri deyib ki, Vaşinqtonun sanksiyalar tətbiq edəcəyi təqdirdə Türkiyə Amerika əsgərlərinin aviabazanı tək etməsini xahiş edəcək. Onun sözlərinə görə, Ankara Avropanın hava hücumundan müdafiə sisteminin yerləşdiyi Kürecik bazasının statusunu da dəyişə bilər. Çavuşoğlu xatırladıb ki, S-400 kompleksi müdafiə sistemidir və hücum məqsədləri üçün istifadə olunmayacaq.
Türkiyəli nazir onu da qeyd edib ki, ABŞ-ın F-35 qırıcı-bombardmançılarının beşinci nəslinin onun ölkəsinə satılmayacağı təqdirdə Ankara Moskvadan alternativ təyyarələr ala bilər. “Əgər ABŞ F-35 təyyarələrinin tədarükündən imtina etsə, Rusiya bizə alternativlər təklif edə bilər”, deyə Çavuşoğlu vurğulayıb. Bu günlərdə ABŞ Konqresində keçirilən müzakirələrdə konqresmenlər Rusiyadan S-400 zenit-raket kompleksləri alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini razılaşdırıblar. Onlar bu məqsədlə Türkiyəyə ayrılmış F-35 təyyarələrinin saxlanılması xərcləri üçün Pentaqona 30 milyon dollar ayırıblar. Ankaranın Rusiyadan silah almasına qədər bu təyyarələrdə türkiyəli pilotlar təlim keçirdilər.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed