Şrift:
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müsabiqə elan edib
12.12.2019 [09:50] - Mədəniyyət
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edib. Yaradılacaq yeni loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. Dövlət Xidmətindən bildirilib ki, loqotipdə ölkəmizin zəngin maddi irs nümunələrinə, onların elementlərinə xüsusi yer verilməli, sadə, rahat anlaşılan, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim ediləcək. Qalib gəlmiş loqotip istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə) və vektor versiyası (*eps, *ai, *cdr) olmalıdır.
Müsabiqəyə istənilən şəxs və ya şirkət qatıla bilər. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 meqabaytdan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adı, soyadı, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təklif olunacaq eskiz və layihələri 2020-ci il yanvarın 10-dək info@heritage.gov.az e-mail ünvanına göndərə və ya Üzeyir Hacıbəyli 84, Hökumət evi, 2-ci mərtəbə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər. Təqdim olunan təkliflərə komissiya tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibinə 1500 (min beş yüz) manat məbləğində mükafat təqdim ediləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed