Şrift:
Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb
12.12.2019 [10:24] - Hadisə
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. AQTA-dan verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir neçə sahəsi istehsal müəssisəsi üçün əlverişli olmayan materiallardan təşkil olunan arakəsmələr vasitəsi ilə bölünüb. Müəssisədə istifadə edilən alət və ləvazimatların, sobanın, işçi masaların, listlərin, qabların və çörək yığılan rəflərin istismar müddəti keçdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisədə istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb. Yoxlama zamanı işçilərin sanitar geyimlərlə təmin olunmadığı, havalandırma sisteminin istismara yararsız olduğu müəyyən edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed