Şrift:
İsveçrə hökumətinin yeni tərkibi təsdiqlənib
12.12.2019 [12:23] - Xəbərlər
İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib. Yeni seçilən hökumət tərkibcə elə köhnə hökumət olub. Belə ki, hökumətin bütün yeddi üzvü yeni tərkibdə təsdiqlənib. Seçkilərdə, həmçinin növbəti bir il üçün Federal Prezident də müəyyənləşib. 59 yaşlı sosial-demokrat Simonetta Sommaruqa ikinci dəfə bu vəzifəyə seçilib. Seçkilərdə mümkün 200 səsvermə kartının 186-da onun lehinə səs verilib. Simonetta Sommaruqa İsveçrə tarixində səkkizinci qadın prezident olub.
Qeyd edilməlidir ki, hökumət yeddi üzvü arasından seçilən prezident bir il müddətində bu vəzifəni icra edir və əsasən reprezentativ fəaliyyətlə məşğul olur. 2010-cu ildən İsveçrə hökumətində təmsil olunan S.Sommaruqa 2019-cu ildə Ekologiya, Nəqliyyat, Enerji və Kommunikasiya Departamentinə rəhbərlik edib.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed