Şrift:
Terrorçu “Ettelat”ın daha bir qurbanı
12.12.2019 [19:05] - Güney Azərbaycan xəbərləri
40 ildir İran adlı ölkəni idarə edən mollakratiya rejiminin benzin və neft məhsullarının qiymətinin 3 dəfə (300 faiz) artmaq barəsində verdiyi qərara kütləvi şəkildə etirazlar zamanı dinc əhalini gülləbaran edən “Ettelat” qüvvələri daha da azğınlaşıblar. Belə ki, həmin terror olaylarında aldığı güllə yarasına 25 gün dözə bilən Qaşqay Türkü olan daha bir gənc həyatını dəyişibdir.
Əldə etdiyimiz məlumata görə, son etirazlarda Şirazın Vəlfəcr bölgəsində irqçi fars rejimin terrorçu qüvvələrinin açdığı atəş nəticəsində ağır yaralanan qaşqayların Kəşküli tayfasının Kahva qolundan olan Hüseyn Hacı Nasir oğlu Heydəri 25 gün xəstəxənada müalicə almasına baxmayaraq, ağır yarandığı üçün çərşənbə günü səhər tezdən dünyasını dəyişmişdir.
Qaşqay şəhidin Şirazda dəfni ediləcəyi bildirilir. Ruhu şah olsun.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed