Şrift:
Yarasız millət vəkili Humayun Haşimiyə Tikantəpli öyrəncilər dərs verdilər
12.12.2019 [19:22] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu vilayətinin Tikantəpə şəhərindən olan və bu bölgənin üzqarası kimi tanınan millət vəkili Humayun Haşimiyə etiraz olaraq azərbaycanlı öyrəncilər oturacağına 2 kilo kartof qoydular.
Tikantəpənin Pəyaminur Universitetində Öyrənci Günü münasibəti ilə keçirilən mərasimdə Tikantəpə Şəhər İcra Hakimiyyətinin başçısı, Bələdiyyə başçısı, şəhərin imam cüməsi və digər məsullar iştirak ediblər.
Tikantəpəli öyrəncilər mərasimdən öncə ömrü boyu bircə dəfə də olsun Tikantəpə şəhərinin xeyrinə iş görməyən millət vəkili Humayun Haşiminin tədbirə qatılmasını istəyiblər. Lakin Humayun Haşimi mərasimdə iştirak etməyib. Bundan sonra öyrəncilər yararsız millət vəkilinin mərasimə qatılmaması və 4 il müddətində zəif fəaliyyət göstərməsinə etiraz olaraq onun üçün nəzərdə tutulan oturacağa 2 kq kartof qoyublar. Öyrəncilər bununla bildiriblər ki, bu şəhərdə 2 kq kartof Humayun Haşimidən daha çox faydalıdır.
Qeyd edək ki, Humayun Haşimi verdiyi çoxsaylı vədlərə rəğmən ötən 4 il müddətində çox zəif fəaliyyət göstərib və hətta Güney Azərbaycana qarşı terrorçuları dəstəkləyib. O, Tikantəpə Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili ilə Azərbaycana qarşı yaxından əməkdaşlıq edib və öz millətinə və vətəninə xiyanət edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed