Şrift:
Qərbi Ukraynada Azərbaycan mədəniyyəti günü
13.12.2019 [12:33] - Diaspor
Ukraynanın Lvov şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşkilatçılığı ilə gerçəkləşdirilib.
Mərasimdə yerli dövlət orqanlarının nümayəndələri, Lvovda yaşayan soydaşlarımız və yerli sakinlər iştirak ediblər. Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən alyansın sədri Elmar Məmmədov deyib ki, bu günlərin keçirilməsində məqsəd - Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, ukraynalıları zəngin ədəbi və mədəni irsimizlə yaxından tanış etməkdir. Bildirilib ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Ukraynada taiximizə, ədəbiyyatımıza və musiqimizə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərasimin bədii hissəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeirləri, Azərbaycandan dəvət olunmuş müğənni Aytac Vidadi qızının ifasında xalq mahnılarımız və bəstəkar mahnıları səsləndirilib, yerli mahnı və rəqs ansamblının kollektivi çıxış edib.
Tədbir iştirakçılarının bir qisminə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəkkürnamələri təqdim olunub. Tədbir çərçivəsində Lvov elmi-tədris institutunun "Bank İşləri" ("Bankovckix sprav") Universitetinin direktoru İrina Jerebılo ilə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov əməkdaşlıq memorandumu imzalayıblar. Məqsəd - bank sistemi üzrə kadrlar hazırlayan bu ali məktəbdə azərbaycanlı tələbələrin təhsil alması və ölkəmizə dair tədbirlərin keçirilməsində birgə əməkdaşlıq etməkdir.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed