Şrift:
Tiflis Azərbaycan Dram Teatrı Ankarada beynəlxalq festivalda iştirak edib
13.12.2019 [12:47] - Borçalı
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı XXIV Beynəlxalq Ankara Teatr Festivalında iştirak edib. Gürcüstanı təmsil edən teatr festivalda Anton Çexovun “Ayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib. Səhnə əsərinin rejissoru, rəssamı və musiqi tərtibatçısı teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Tamaşada rolları T.Vəlizadə ilə yanaşı, teatrın aparıcı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva ifa ediblər.
Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının tamaşasını seyr edib. O, tamaşadan sonra teatrın rəhbərliyi və aktyorları ilə görüşərək yüksək səviyyədə hazırlanan tamaşaya görə minnətdarlığını bildirib. Festivalın bağlanışında təqdim olunan “Ayı” tamaşasını seyrçilər böyük rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, XXIV Beynəlxalq Ankara Teatr Festivalında Türkiyə ilə yanaşı, İran, Gürcüstan və digər ölkələrdən də teatrlar qatılıblar. Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının “Ayı” tamaşası bu vaxta qədər Qazaxıstan və Litvada beynəlxalq teatr festivallarında da uğurla nümayiş etdirilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed