Şrift:
Tutuqlanan milli fəallarla bağlı heç bir bilgi verilmir
13.12.2019 [14:30] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejiminin qərarı ilə benzin və neft məhsullarının qiymətinin 3 dəfə (300 faiz) artırılmasına qarşı son etirazlar dövründə rejimin xüsusi cəza dəstələri tərəfindən tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəallarının çoxundan ötən 20 gün ərzində heç bir məlumat verilmir. Fəalların durumu ilə bağlı heç bir bilginin verilməməsi onların yaxınları və Azərbaycan Milli Hərəkatını çox ciddi şəkildə narahat edir. Güney Azərbaycanın müxtəlif şəhərlərində tutulanların sayının 80-dan çox olduğu, hələlik bəzilərinin hətta adını da müəyyənləşdirmək mümkün olmayıb. Tutuqlanan milli fəallardan bəziləri yalnız ağır mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Etirazlar başladığı gündən İran və Güney Azərbaycan şəhərlərində saxlanılan milli-mədəni fəallardan bu günədək 32-nin kimliyi müəyyən edilib.

1- Babək Hüseyni Müqəddəm (Urmu)
2- Əli Əzizi (Urmu– müvəqqəti olaraq azadlığa buraxılıb)
3- Salar Tahiri Əfşar (Urmu – müvəqqəti olaraq azadlığa buraxılıb)
4- Qaffar Rzaiyan (Zəncan)
5- Məhəmməd Qaffari (Zəncan)
6- Əkbər Rəməzani (Zəncan)
7- Məcid Fəxri (Zəncan)
8- Əlirza Məhərrəmi (Zəncan)
9- Həmid Dusti (Zəncan)
10- Bəhram Cəfəri (Zəncan)
11- Davud Şiri (Təbriz)
12- Əyyub Şiri (Təbriz)
13- Ruzbeh Piri (Təbriz)
14- Yaşar Piri (Təbriz)
15- Fəraz Novruzi (Təbriz)
16- Məhəmməd Mahmudi (Təbriz)
17- Əkbər Mühaciri (Təbriz)
18- Höccət Muxtarzadə (Təbriz)
19- Babək Hüseyni Müqəddəm (Təbriz)
20- Şahin Bərzgər (Təbriz)
21- Səccad Sedqi (Təbriz – müvəqqəti olaraq azadlığa buraxılıb)
22- Əkbər Rasexi (Təbriz)
23- Tohid Xademi (Qoşaçay)
24- Əhməd Abedi (Qoşaçay)
25- Meysəm Colani (Ərdəbil – müvəqqəti olaraq azadlığa buraxılıb)
26- Mehrdad Şeyxi (Ərdəbil)
27- Arəş Cavanşir (Ərdəbil)
28- Siyamək Seyfi (Xiyav – müvəqqəti olaraq azadlığa buraxılıb)
29- Məleykə Qaragözlü (Tehran Əyalətində öyrəncidir – müvəqqəti olaraq azadlığa buraxılıb)
30- Əli İbrahimi (Tehran)
31- Saleh Ekrami (Tehran)
32- Mənsdur Fəthi (Tehran)

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed