Şrift:
Molla rejiminə etiraz edən Güney Azərbaycan Milli Hərəkatının fəalı öldürülüb
13.12.2019 [14:49] - Güney Azərbaycan xəbərləri
40 ildir İran adlı ölkəni idarə edən mollakratiya rejimi beynəlxalq təxyiqlər və embarqoların sonucu olaraq, öz hakimiyyətini qorumaq üçün süni şəkildə benzin və neft məhsullarının qiymətini artırmaq barəsində qərar veribdir. Beləliklə də 3 dəfə (300 faiz) neft məhsullarının dəyəri artıbdır. Təbii olaraq, belə bir duruma etiraz etmək də xalqın doğal haqqıdır. Çünki, son 15 ildə ölkədə qıtlıq və aclıq, yoxsulluq və fəlakətli yaşam tərzi hər bir orta dərəcəli ailəni belə həddindən artıq kasıblıq durumuna gətirib çıxarıbdır. Qiymətlərin artımına kütləvi etirazlar zamanı rejimin güc strukturları və xüsusilə cəza dəstələri minlərlə insanları gülləbaran etmiş və olaylar zamanı çox sayda ölənlər və yaralananlar vardır. Öldürülənlərin naməlum qalması isə ən çox dəhşət saçan hadisılərdən biri sayılır. Ölən soydaşlarımızdan birinin adı son bir gündə bəlli olubdur. O, Güney Azərbaycanın Sarab şəhərindən olan Əlirza Məhəmmədzadədir və noyabrın 17-də Tehranda Adəran üçyolunda keçirilən aksiya zamanı qətlə yetirilib. Güney azərbaycanlı gəncin təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gəldiyi bildirilir, o qardaşının gözü qarşısında həyatını itirib. Mərhumun cənzası ailəsindən imza alındıqdan sonra niyabrın 21-də yaxınlarına təhvil verilib.
İki uşaq atası olan Əlirza Məhəmmədzadə 1990-cı ildə anadan olubdur. Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri İranın güc strukturları tərəfindən qətlə yetirilib, lakin onlardan hələlik yalnız 17-nin kimliyini müəyyənləşdirmək mümkün olub:
1- Əmir Hüseyn Abbasi (Zəncanda öldürülüb)
2- Seyid Əli Fətuhi Kuhsare (Ərdəbildə öldürülüb)
3- Əli Hüseyni (Təbrizdə öldürülüb)
4- Əmir Rza Abdullahi (13 yaşlı yeniyetmə əslən Ərdəbilin Muğan məntəqəsindəndir – Nəsdirabadda öldürülüb)
5- Sepidə Həsəni (Sulduzlu öyrənci təhsil aldığı Tehran şəhərində keçirilən aksiyada öldürülüb)
6- Hadi Qurbani (Tikantəpədən olan azərbaycanlı fəal Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində öldürülüb)
7- Mehran Zahidi (əslən Kəleybərin Paltlı kəndindən olan 17 yaşı yeniyetmə Tehranın Nəsirabad məhəlləsində keçirilən etirazlarda öldürülüb)
8- Məhəmməd Tağı Əlilu (Xoy şəhərinin Yuxarı Vişlə kəndindəndir, o Tehranda keçirilən etiraz aksiyasında öldürülüb)
9- Ramin Ləmse (Şəbistərli soydaşımız Tehranda keçirilən aksiyada öldürülüb)
10- Hüseyn Sultani (Ərak şəhərindəndir, o Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)
11- Cavid Mirzayi (əslən Miyanalıdır, o Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)
12- İsmayıl Şucayi (əslən Sarab şəhərindəndir. O Tehranın “Robat Kərim” məhəlləsində keçirilən aksiyada öldürülüb)
13- Behzad Səfərzadə (əslən Ərdəbil Əyalətinin Germi məntəqəsindəndir, o Kərəc şəhərində keçirilən aksiyada öldürülüb)
14- Həsən Əlizadə (əslən ərdəbillidir. O Tehranın “Şəhr-i Qüds” məhəlləsində keçirilən aksiyada öldürülüb)
15- Əli Frutən Ləgəran (əslən Meşkinşəhr (Xiyav) şəhərindəndir. O Tehranda keçirilən etirazlar zamanı öldürülüb)
16- Siyamək Nəvidi Bildaşi (Ərdəbil Əyalətinin Germi şəhərindəndir. Kiyanşəhrdə keçirilən etirazlar zamanı öldürülüb)
17- Əlirza Məhəmmədzadə (Şərqi Azərbaycan Əyalətinin Sarab şəhərindəndir. Tehranda keçirilən etiraz aksiyaları zamanı öldürülüb)

Bu arada etirazlar zamanı Qaşay türklərindən olan daha iki soydaşımızın öldürüldüyü məlum olub. Məlumata görə, Hüseyn Heydəri Şirazda, xanım Sultani isə Miyanrudda təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Əldə edilən informasiyaya əsasən ağır güllə yarası alan Hüseyn Heydəri xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq o 25 gün sonra dekabrın 11-də həyatını itirib. Xanım Sultani isə aksiyada iştirak etməyib. O çörək almağa gedərkən qapısının önündə təhlükəsizlik qüvvələrinin açdığı atəşə tuş gələrək qətlə yetirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed