Şrift:
Güney Azərbaycanda orta məktəblərin 60 faizi fəlakətli durumdadır
13.12.2019 [14:58] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Təhsil İdarəsinin rəis müavini təmsil etdiyi əyalətdə məktəblərin əksəriyyətinin münasib vəziyyətdə olmadığını bildirib. Bu barədə Tahir Ələmi cümə axşamı günü Həştrudda yeni məktəb binasının açılışı mərasimində danışıb.
“Güney Azərbaycanda məktəblərin 60 faizində yenidənqurma işləri aparılmalıdır. Əyalətdə baş verən zəlzələ də məktəblərə ağır ziyan vurub. Hesablamalara görə, təbii fəlakət bölgəsində məktəb binalarının təmiri üçün 26 milyard tümən vəsait tələb olunur.”- deyə o bildirib.
Açılış mərasimində iştirak edən Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı Əmin Əminiyan da bölgədə məktəblərlə bağlı problem yaşandığını deyib. O bildirib ki, Həştrudda 159 məktəb var, onlardan 60 faizdən çoxu sökülüb yenidən tikilməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı Həştrudda hal-hazırda 15 məktəb binasının xeyriyyəçilər tərəfindən tikilməkdə olduğunu bildirib. Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed