Şrift:
Tiflisdə gürcü tarixçinin İrəvan xanlığı haqda kitabının təqdimatı keçirilib
13.12.2019 [15:03] - Xəbərlər
Gürcüstanın başkəndi Tiflisdə Gürcüstan Milli Muzeyinin baş kuratoru, professor, tarixçi alim Eldar Nadiradzenin "İrəvan xanlığı: tarixi və mədəni profil" adlı kitabının təqdimat mərasimi keçirilib.
Gürcüstan Milli Muzeyində keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Milli Elmlər Akademiyasının professor və akademikləri də daxil olmaqla, 100-ə yaxın elm xadimi iştirak edib. E. Nadiradze bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda gedən döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat əks olunub. Onun sözlərinə görə, bu tədqiqat işi onun Azərbaycanla bağlı sayca üçüncü kitabıdır.
"Mən bu layihənin həyata keçirilməsində rolu olan hər kəsə təşəkkür etmək istəyirəm”, - deyə E. Nadiradze qeyd edib.
Kitabda İrəvan xanlığının tarixindən bəhs edən fotoşəkillər və rəsmlər də yer alıb. Habelə Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların fotoşəkilləri də kitaba daxil edilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed