Şrift:
DSX: Ötən gün ölkəmizə cari ildə üç milyonuncu əcnəbi turist daxil olub
13.12.2019 [15:11] - Xəbərlər
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13 faiz, nəqliyyat vasitələrinin sayı isə 12 faiz çox olub. Belə bir şəraitdə DSX Sərhəd Nəzarəti əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçənlərin sərhəd nəzarətinin səmərəliliyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Nəticədə bir şəxsin sərhədkeçmə prosedurunun rəsmiləşdirilməsinə bir dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub.
Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabrın 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olub. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan qonaq bu xoş sürprizdən çox məmnun qaldığını söyləyib və minnətdarlığını bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed