Şrift:
Salyanda ilk dəfə səs verəcək gənclər maarifləndiriliblər
16.12.2019 [08:32] - Gənclik
Salyan Rayon Gənclər və İdman İdarəsi ilk dəfə səs verəcək gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsinə dair dəyirmi masa keçirib. Gənclər və İdman Nazirliyi xəbər verir ki, tədbirdə Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, 59 saylı dairə seçki komissiyasının katibi Aydın Abasbəyli, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov və gənclər iştirak ediblər.
İdarənin rəisi Araz Hüseynov bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olduğunu vurğulayıb. O, hər bir gəncin bu mühüm prosesdə fəal iştirak etməli olduğunu diqqətə çatdıraraq gənclərə uğurlar arzulayıb.
Dairə seçki komissiyasının katibi Aydın Abasbəyli ilk dəfə səs verəcək gənclərə seçicinin hüquq və vəzifələri, səsvermə proseduru barədə məlumat verib. Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed