Şrift:
“İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
16.12.2019 [08:35] - Gənclik
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadanın qalibləri dekabrın 14-də mükafatlandırılıblar. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev mükafatlandırma mərasimində çıxış edərək bildirib: “İstedadların hazırlığı laboratoriyası” ölkəmizdə onlayn platformada fənn olimpiadalarının təşkili ilə bağlı ilk və yeganə təcrübədir. 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Cari ildə ölkəmiz üçüncü dəfə bu layihəyə ev sahibliyi edib. Bu önəmli və eyni zamanda, ciddi məsuliyyət tələb edən layihə 10 mindən çox gənci əhatə edir. Olimpiada yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eləcə də texniki sahələri təbliğ edir, onların bu istiqamətlərə maraqlarının artması ilə nəticələnir”.
On altı yaşadək gənclərin qatıldıqları layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, yeniyetmələr və gənclər arasında elmə marağın artırılması, elmə həvəsləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində keçirilən olimpiada onlayn və əyani turlardan ibarət olub. Bakıda keçirilməsi planlaşdırılan əyani - yekun turda onlayn turların istənilən birində yüksək nəticə göstərən iştirakçılar mübarizə aparacaqlar. Olimpiada www.istedad.az veb-saytı vasitəsilə aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed