Şrift:
Elvin İsyaev Ukraynadan deportasiya olundu
16.12.2019 [09:00] - Xəbərlər
Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə dekabrın 12-də qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq, könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 22 avqust tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed