Şrift:
Türkiyənin dəstəyi ilə Qardabanidə futbol meydançası tikilib
16.12.2019 [09:27] - Borçalı
Qardabani rayonunun Birlik kəndinin ictimai məktəbinin ərazisində yeni futbol meydançası istifadəyə verilib. 40 metrlik süni örtüklü meydança Arveladze Fondu, Türkiyənin Gürcüstandakı səfirliyi və Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə tikilib. Məktəbin bazasında 25 nəfərdən ibarət futbol komandası da formalaşdırılıb. Komandaya Arveladze Fondunun təyin edəcəyi məşqçi rəhbərlik edəcək. Meydançanın açılış mərasimi çərçivəsində komanda üzvlərinə futbol geyimləri və ləvazimatları təqdim olunub.
Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Qardabani rayonunun meri Ramaz Budaqaşvili, rayonun bələdiyyə sədrinin müavini Rəfi Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed