Şrift:
Gürcüstanın builki elektrik enerjisi idxalının 64%-ni Azərbaycan təmin edib
16.12.2019 [09:31] - Xəbərlər
Gürcüstanın builki elektrik enerjisi idxalının 64%-ni Azərbaycan təmin edib
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 904,006 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir. Məlumata görə, 11 ay ərzində ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 415,98 milyon kilovatt/saat təşkil edib. Bu həcmin isə 63,8%-ni Azərbaycan təmin edib.
Hesabat dövründə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi 243,42 milyon kilovatt/saata bərabər olub ki, bunun da 12,104 milyon kilovatt/saatını Azərbaycan idxal edib. Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 116,69 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed