Şrift:
3 il müddətinə sürgünə göndərilən milli fəala bu dəfə həbs cəzası verildi
16.12.2019 [10:47] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin ədalətsizcəsinə verdiyi qərara görə 3 il həbsdə saxladığı və hazırda sürgündə göndərdiyi Güney Azərbaycan Milli Hərəkatının fəalı Siyamək Mirzaini şərləyərək daha bir il müddətinə həbs edib və beləliklə ona 2 il xaricə çıxışına qadağa qoyub. Bu barədə rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26 saylı şöbəsi bu barədə qərar çıxarıb.
Rejimin əlaltısı hakim İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırda Qain şəhərində sürgündə olan milli fəala qarşı “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə 1 il həbs qərarı çıxarılıb. Qərara əsasən, onun ölkədən çıxışı, eləcə də siyasi və ya ictimai partiyalar və qruplara üzv olmasına 2 il müddətinə yasaq qoyulub. Qərardan 20 gün müddətinə apeyasiya şikayəti vermək mümkündür.
Qeyd edək ki, Siyamək Mirzaiyə qarşı yeni ittihamlarla saxta cinayət işi açılması prosesi 5 ay bundan əvvəl, həbsxanadan çıxmasına 3 gün qalmış “Sepah”ın ETTELAAT İdarəsi tərəfindən başladılmışdı. Məqsəd milli fəalı daha uzun müddət həbsdə saxlamaq olub. Milli fəalın “Abbas Lisani ilə həbsxanadan telefon əlaqəsi saxlaması, Tehranın Baharıstan rayonu prokuroruna təhlükəsizlik orqanları əməkdaşlarının özbaşınalıqları barədə açıq məktub ünvanlaması, İran adlı ölkədə yaşayan xalqlarla bağlı məqalələr dərc etməsi, ana dilində təhsili dəstəkləməsi, Amnesty İnternational, türk, fars və insan haqları saytlarının onu müdafiə etməsi” məsələləri bəhanə edilərək fəala qanunsuz şəkildə həbs qərarı çıxarılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed