Şrift:
Rejimin oğurladığı milli fəal Şahin Bərzgər ETTELAAT-ın cəzaevində saxlanılırmış
16.12.2019 [10:55] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Şahin Bərzgərinin uzun müddət məlumatsızlıq ucbatından onun harada və nə kimi şəraitdə həbsdə saxlanılması barəsində heç bir bilgi olmamışdır. Ötən gün onun ailəsilə qısa telefon əlaqəsindən sonar bəlli olub ki, rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsində saxlanılır. Milli fəal özü barədə xəbər vermək məqsədilə dekabrın 11-də saat 18:00-da ailəsinə 1 dəqiqəlik zəng etmişdir.
Qeyd edək ki, Azərbaycan rəqsi üzrə müəllim olan və “Pəyame Nur” Universitetinin hüquq fakültəsinin tələbəsi Şahin Bərzgər noyabrın 19-da Təbirzdə, atasının evində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı. Şahin Bərzgər bundan öncə də dəfələrlə milli-mədəni fəaliyyətinə görə həbs edilmişdi. O, ötən il mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyi üçün 3 aylıq həbs edilmişdi. Həmçinin oktyabrın 26-da təhlükəsizlik qüvvələri fəalın evinə hücum etmiş, mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 10-cu il dönümündə iştirak etdiyinə görə, onu və qardaşı Şəhruz Bərzgəri yaxalamışdılar. O, 5 gün həbsxanada saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə ilə zaminə buraxılmışdı.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed