Şrift:
Miyana və Sərabda 40 öncə baş vermiş zəlzələ problemi hələ də davam edir
16.12.2019 [11:40] - Güney Azərbaycan xəbərləri
Bu il moyabr ayının 8-də Güney Azərbaycanda baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayırlar. Miyana və Sarab məntəqəsində baş verən zəlzələdən təxminən 40 gün keçməsinə baxmayaraq zəlzələdən zərərçəkənlər qarlı hava şəraitində çadırlarda qalırlar. Zəlzələ olayı ilə bağlı sorumlu olan rəhbərlik kaneks (dəmirdən düzəldilmiş sığınacaq evlər) istədiklərini bildirən kəndlilərdən biri tələblərinin təmin olunmadığını deyib. Onun sözlərinə görə, təbii fəlakətdən zərərçəkənlərə vəd edilən 10 milyon tümənlik kreditlər də bu günədək verilməyib.
O da bəllidir ki, zəlzələ bölgəsində dağıntıların təmizlənməsi əməliyyatı da başa çatdırılmayıb. Əhalinin verdiyi məlumata görə, bölgədə siğortalanan yeni tikilmiş evlərə bir rial da olsa ödənilməyib. Hökumət rəsmiləri isə bu vəziyyəti inkar edərək təbii fəlakət bölgəsi ilə bağlı ictimaiyyətə saxta raportlar təqdim edirlər. Zəlzələdən zərərçəkənlər arasında çox sayda xəstə, yaşlı insan və körpələr var. Onlar qarlı hava şəraitində çadırlarda gecələdiyi üçün xəstələnir, bəzən isə ölüm təhlükəsi ilə üz-üzə qalırlar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed