Şrift:
Bu il Bakıda qeydə alınan yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb
13.09.2012 [12:45] - Xəbərlər, Hadisə
Bakıda bu il sentyabrın 10-dək baş vermiş yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu müddət ərzində Bakıda 705 yol-nəqliyyat hadisəsi zamanı 213 nəfər həlak olub, 783 nəfər xəsarət alıb.
Əsədovun sözlərinə görə, hadisələrin əsas başvermə səbəbi avtomobillərin yüksək sürətlə idarə edilməsidir.
Bölmə rəisi deyib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən keçirilən tədbirlər zamanı 241 944 inzibati protokol tərtib edilib.
Əsədov bildirib ki, 3524 sərxoş halda avtomobili idarə edən, 1172 qəza şəraiti yaradan, 1315 polisin qanuni tələbini yerinə yetirməyən, 64 dəmir yol keçidi ilə kəsişmə nöqtəsində qaydanı pozan, 7317 işıqforun qırmızı işığında hərəkət edən, 2839 avtomobili yüksək sürətlə idarə edən, 1796 sərnişin daşıma qaydalarını pozan, 558 dövlət nömrə nişanı olmadan avtomobili idarə edən, 1303 ötmə və manevir qaydalarını pozan, 3762 sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, 4906 görünüşü məhdudlaşdıran və şəffaflığı pozan pərdə və plyonkanı avtomobilin şüşəsinə quraşdıran sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib.
Əsəsdov qeyd edib ki, yol qəzaları daha çox Heydər Əliyev, Nobel, Babək, Tbilisi, Qara Qarayev prospektlərində qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed