Şrift:
Qazaxıstan Müstəqillik Gününü qeyd edir
16.12.2019 [11:49] - Siyasət
Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur. 1991-ci il dekabrın 16-da Qazaxıstanın Ali Şurası “Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul edib. 28 il əvvəl müstəqillik qazanan Qazaxıstan hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.
Müstəqillik illərində Qazaxıstan dinamik inkişaf edən iqtisadiyyatına və xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də lider dövlətə çevrilib. Bundan əlavə, Qazaxstan Türk Dünyasında və eləcə də beynəlxalq aləmdə sürətlə inkişaf edən bir ölkə kimi də qəbul edilməkdədir. Müstəqillik Günü münasibətilə ölkənin hər yerində təntənəli mərasimlər keçirilir.

DAVAM.AZ
“Nur-Sultan Bürosu” (Qazaxstan)
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed