Şrift:
Aykido Mərkəzində respublika seminarı keçirilib
17.12.2019 [07:04] - İdman
Aykido Mərkəzində Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti sensey Fərhad Əsgərovun rəhbərliyi altında respublika seminarı keçirilib. AAF-dan verilən məlumata görə, seminarda Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan 200-ə yaxın idmançı və məşqçi iştirak edib. Seminarda F.Əsgərov aykidoçulara məsləhətlərini verib və öz zəngin təcrübəsini bölüşüb. Növbəti seminar yaz aylarına nəzərdə tutulub.
Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi və Azərbaycan Aykido Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed