Şrift:
Köçkünlər Nizami Gəncəvi, Cavad xan məqbərəsi və Nüşabə qalasını gəziblər
13.09.2012 [13:43] - Mədəniyyət
“Azərbaycan Futuroloqlar Cəmiyyəti” İctimai Brliyi Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkün uşaqlar üçün yay məktəbinin təşkili” layihəsini başa çatdırıb.

Bu barədə saytımıza ictimai birlikdən məlumat verilib.

Layihə çərçivəsində erməni təcavüzünün qurbanları olan 50 nəfər məcburi köçkün uşaq yay məktəbinin iştirakçısı olub.

Goranboy rayonu Ağcakənd qəsəbəsində təşkil olunan yay düşərgəsində qalan uşaqlar Gəncə şəhərində dahi Nizami Gəncəvinin məqbərəsini, qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavadxan məqbərəsini ziyarət edib, bir çox tarixi abidələrlə, o cümlədən Bərdə şəhərində yerləşən və tarixi şəxsiyyət olan Nüşabənin qalası ilə tanış olublar. Bundan başqa iştirakşılar Ağcakənd qəsəbəsində yerləşən Xocalı muzeyi ilə tanış olub, 20-ci əsrin ən dəhşətli soyqırımlarından biri haqqında daha geniş məlumatlar əldə ediblər.

Layihə çərçivəsində iştirakçılara, tariximiz, mədəniyyətimiz haqqında, həmçinin uşaqhüquqları, zərərli vərdişlərlə bağlı təlimlər keçirilib.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed