Şrift:
Əlilliyi olan 183 nəfərə yaşadıqları məkanlarda reabilitasiya vasitələri təqdim edilib
17.12.2019 [08:34] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin göstərdiyi səyyar xidmət 8 şəhər və rayonda davam etdirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mərkəz tərəfindən 183 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları bölgələrdə - Şirvan şəhərinə, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına aparılaraq təqdim edilib. Onlara 28 əlil arabası, 6 aşağı ətraf protezi və ortezi, 242 cüt ortopedik və protez üçün ayaqqabı, 91 cüt dirsəkaltı və qoltuqaltı ağac, 98 əsa, 415 güdül üçün corab, 49 ədəd dizlik və s. verilib. Həmin şəxslər ümumilikdə 967 reabilitasiya vasitəsi ilə təmin olunublar. Bu il ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed