Şrift:
Daha 86 şəhidin 132 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə
17.12.2019 [09:45] - Xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti qərarına əsasən yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.
Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan 11 min 877 şəhidin 17 min 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri artıq aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi 97 faizə çatıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed