Şrift:
Yaşar və Ruzbeh Piri qardaşları Təbrizin mərkəzi zindanına köçürülüb
17.12.2019 [10:15] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Yaşar Piri və Ruzbeh Piri Təbrizdə ən qəddar mövqeyi ilə seçilən və xüsusi cəza ordusu kimi tanınan “Sepah”ın Kəşfiyyat Bölümünün təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülüblər. Milli fəallar 26 gün “Sepah”ın təcridxanasında saxlandıqdan və orada dəhşətsaçan işgəncələrə məruz qaldıqdan sonra dekabrın 12-də ümumi həbsxanaya köçürülüblər. Yaşar və Ruzbeh Piri qardaşları noyabrın 17-də Təbrizdə saxlanılıblar. “Sepah” əməkdaşları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdılar.
İran adlı ölkənin təhlükəsizlik qüvvələri noyabrda benzinin bahalaşması ilə əlaqədar keçirilən aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bir çox milli fəalları qanunsuz olaraq saxlamışdır.
Piri qardaşları Güney Azərbaycan Milli Hərəkatının fəallardırlar. Onlar Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed