Şrift:
Təbrizdə torpaq sürüşməsindən 3 ay ötsə də, dövlət heç bir addım atmır
17.12.2019 [10:19] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin Bağmeşə şəhərciyində baş verən torpaq sürüşməsindən 3 ay keçməsinə baxmayaraq şəhərcik sakinlərinin problemləri öz həllini tapmayıb. Hökumət rəsmiləri və bir çox yerli idarələr hadisə yerinə baş çəkib, onlar təhlükə ilə üzləşən evlərin yerləşdiyi ərazidə müəyyən işlərin görüləcəyi barədə vədlər də veriblər. Lakin verilən vədlərin heç biri bu günədək yerinə yetirilməyib.
Şəhərcik əhalisinin verdiyi informasiyaya əsasən onların bəziləri ev əşalarını bir yerə toplayıb və qapılarını qıfıllayıblar. Sakinlərdən bəziləri isə hələ də ciddi təhlükə ilə üz-üzə olan evlərdə yaşamaqdadır.
Sentyabrın 17-də Təbizin Bağmeşə şəhərciyinin Vəlipur xiyabanında baş verən torpaq sürüşməsi ən azından 100 evi təhlükə ilə üz-üzə qoyub. Hadisə nəticəsində dağdan axıb gələn torpaq kütləsi və daşlar ərazini bürüyüb. Bağmeşə və onun qonşuluğunda yerləşən Rüşdiyyə və “Vəli Əmr” kimi şəhərciklər təxminən 30 il əvvəl torpaq sürüşməsi kimi mümkün təhlükələr nəzərə alınmadan tikilib. Şəhərciklər gün keçdikcə daha da böyüyüb, ərazidə hündürmərtəbəli binalar inşa edilib. Hazırda torpaq sürüşməsi və zəlzələ təhlükəsi ilə üz-üzə qalan şəhərciklərdə 200 min nəfərdən çox əhali yaşayır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed