Şrift:
Milli fəal Əli İbrahiminin zaminə buraxılması üçün girov təyin edildi
17.12.2019 [10:41] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin mollakratiya rejiminin məhkəməsi qanunsuz olaraq tutuqlanan və Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli İbrahiminin zaminə buraxılması üçün girov müəyyənləşdirib.
Molla rejimi tərəfindən noyabr ayında gözlənilmədən benzin və neft məhsullarının qiymətini 3 dəfə (300 faiz) artırmasına qarşı baş verən etiraz aksiyaları zamanı həbs edilən və Tehranın Evin zındanının 209-cu bölməsində saxlanılan milli fəal Əli İbrahiminin 22 gündən sonra müvəqqəti azadlığa buraxılması üçün 150 milyon tümən qarşılığında girov təyin olunub.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli İbrahimi Tehran vilayətinin Əkbərabad məntəqəsinin Nəsim şəhərində yaşayır. O, noyabrın 19-u Nəsim şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıbdır. Həmin gündən milli fəalın harda və necə saxlanıldığı barədə heç bir xəbər yox idi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed