Şrift:
Bahalıq ucbatından xəstəxanaya müraciət edənlərin sayı 30% azalıb
17.12.2019 [10:46] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə bütün sahələrdə hökm sürən kəskin bahalıq səbəbindən insanlar müayinə və müalicə üçün xəstəxanaların tibbi xidmətlərindən yararlana bilmirlər.
Rejimin Tibbi Sığorta Təşkilatının rəhbərinin müavini Kuruş Fərzin bahalıq fonunda insanların tibb mərkəzlərinə müraciətinin ötən illə müqayisədə 30% azaldığını deyib.
Onun sözlərinə görə, tibbi xidmət qiymətlərinin yüksəlməsi nəticəsində müalicə xərcləri ailənin gəlirlərinə nisbətən xeyli yüksəkdir. Kuruş Fərzin nəticədə isə insanların ən adi tibbi problemlərlə rastlaşdıqda belə, həkimə müraciət edə bilmədiklərini deyib.
Xatırladaq ki, ötən iki il ərzində İranın milli pul vahidi- riyal xarici valyuta qarşısında dəyərini kəskin itirib. Nəticədə, ölkədə demək olar ki, bütün sahələrdə, eləcə də tibb sektorunda qiymətlər bahalaşıb. Bir müddət öncə ölkə Milli Məclisinin Tibb Komissiyasının sədri Əli Növbəxt bildirmişdi ki, sanksiyadan öncə 42 min tümənə satılan “Aspirin”in qiymətinin sanksiyalardan dərhal sonra 145 tümənə qaldırılması qəbuledilməzdir.
Digər tərəfdən, cari ilin oktyabr ayında Səhiyyə Nazirliyinin yaydığı məlumatda hər il ölkə əhalisinin 3.76%-nin müalicəsi yüksək xərc tələb edən sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilirdi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed