Şrift:
Milli fəal Nasir Xulusi rejim tərəfindən yenidən tutuqlandı
17.12.2019 [10:53] - Güney Azərbaycan xəbərləri
Dekabrın 14-də Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Nasir Xulusi Təbriz şəhərində İrtan adlı molla rejiminin xüsusi cəza dəstəsi kimi bilinən “Sepah” tərəfindən tutuqlanıbdır. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal daha sonra, naməlum istiqamətə aparılıb. Onun tutulma səbəbi və harada saxlandığı barədə hələlik məlumat yoxdur.
Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O, 2017-ci il fevral ayında Təbrizdən Urmuya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb və bir neçə ay sonra Urmu Məhkəməsi tərəfindən “rejimin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.
Nasir Xulusu 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün Təbrizdə ata evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb, lakin o təxminən 4 ay həbsdən sonra 2018-ci il fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed