Şrift:
Fransada təqaüd islahatlarına etiraz olaraq tətil və nümayişlər davam edir
17.12.2019 [11:17] - Siyasət
Dekabrın 16-da - tətilin 12-ci günündə nəqliyyat sistemində sürücülərin 70 faizi işə çıxmayıb. Milad bayramı ərəfəsində nəqliyyat sistemində tətilin dayandırılacağı ilə bağlı fikirlər səsləndirilsə də, həmkarlar ittifaqları bunun qeyri-mümkün olduğunu bildirib. Qeyd edilib ki, yeni təqaüd layihəsi geri götürülmədiyi təqdirdə, tətil davam edəcək. Bu gün səhər saatlarında İl-de-Frans regionunda tıxacın uzunluğu 600 kilometri keçib. Turizm sahəsində də problemlər yaranıb. Turistlərin əksəriyyəti rezervasiyalarını ləğv ediblər. Mehmanxanalar bununla bağlı narahatlıqlarını bildiriblər. Xatırladaq ki, 2018-ci ildə Milad bayramı ərəfəsində yalnız dəmir yollarından 8 milyon sərnişin istifadə edib.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed