Şrift:
Türkmənistan BMT ilə ortaq bir proqram imzalayıb
17.12.2019 [11:20] - Siyasət
Türkmənistanın Xarici İşlər Nazirliyi BMT ilə ortaq bir proqram imzalayıb. "Sosial müdafiə sisteminin təkmilləşdirilməsində yerli səviyyədə inklüziv keyfiyyətli sosial xidmətlər təqdim edilməsi” layihəsini Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov və BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi Yelena Panova imzalayıb. İmzalanan sənəd Türkmənistan sosial xidmətlər sisteminin daha da yaxşılaşdırılması və bu sahədə BMT ilə sıx əməkdaşlığı gücləndirəcək. İmzalanan birgə proqram Türkmənistanın dövlət qurumları və ictimai təşkilatlarının Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları ilə birgə qarşılıqlı fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi üçün hüquqi zəmin yaradacaq.

DAVAM.AZ
“Aşqabad Bürosu” (Türkmənistan)
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed