Şrift:
Marneulidən olan idmançılar Tiflisdə keçirilən Beynəlxalq turnirdən qələbə ilə qayıdıblar
17.12.2019 [11:34] - Borçalı
Marneulili idmançılar 14-15 dekabr tarixində başkənd Tiflisdə keçirilən “Beynəlxalq turnir”də iştirak ediblər. Turnirə Marneulidən 25 idmançı qatılıb. Onlardan 8-i qızıl, 3-ü gümüş medal qazanıb. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi. Onun sözlərinə görə, yarış Kikboks və Tayboks döyüş növləri üzrə keçirildi. Bu yarışlara Marneulidən üç idman klubu qatılmışdır.
"Bu klublardan biri mənimdir. Digəri isə Röyal Qarabağlıya və Roman Orucova məxsusdur. Mənim idman klubumdan iki idmançı qızıl, iki idmançı isə gümüş medal qazandı. Röyal Qarabağlıya aid olan idman klubundan beş idmançı qızıl, bir idmançı isə gümüş medala sahib oldu. Roman Orucova məxsus olan idman klubundan isə bir nəfər medal qazandı. O da qızıl medal idi. Tbilisidən təşkil olunan turnirdə Marneuli ilə yanaşı Tiflis, Rustavi, Qardabani və digər bölgələrdən olan idmançılar da iştirak edirdilər", – Faiq Məmmədov dedi.
Faiq Məmmədovun sözlərinə görə, Tiflisdə keçiriləcək yarışda Gürcüstanla yanaşı Azərbaycan, İran, İraq və Ermənistan idmançıları da qatılıb. Yarışa Ukraina və Rusiya idmançıları dəvət olunsa da iştirak etməyiblər. Yarış İran komandasının qələbəsi ilə başa çatıb. Onlar medal sayına görə birinci yerə çıxıblar. İkinci yeri Azərbaycan, üçüncü yeri isə Gürcüstan komandaları tutublar. Ermənistan və İraq komandaları isə növbəti yerdə qərarlaşıblar. Xatırladaq ki, Tiflisdə keçirilən Muaytay üzrə “Beynəlxalq turnir” “Gürcüstan Muaytay Federasiyası”nın təşkilatçılığı ilə keçirilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed