Şrift:
Tiflisdə Yeni il ərəfəsində A.P. Çexovun “Ayı” pyesi bir daha oynanılacaq
17.12.2019 [11:41] - Borçalı
Gürcüstanın başkəndi Tiflisdə A.P. Çexovun “Ayı” pyesi əsasında hazırlanmış tamaşa Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantamimo Teatrında yenə də oynanılacaq. Bu barədə məlumatı teatrın rəhbəri Turqay Vəlizadə xəbər paylaşıb.
Tamaşada rolları Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri və istedadlı aktyoru, quruluşçu rejissor Turqay Vəlizadə, aktrisalardan Aida Tağıyeva və Leyla Qasımova nümayiş etdirəcəklər.
Turqay Vəlizadə açıqlamasında teatrın istedadlı aktyorlarının Qazaxıstana, Litvaya və Türkiyəyə səfərləri barədə də məlumat verib. Onun sözlərinə görə, T. Vəlizadənin başçılığı ilə ölkəmizi təmsil edən Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı festivalda Anton Çexovun “Ayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə XXIV Beynəlxalq Ankara Teatr Festivalında iştirak edib və onlar uğurla Türkiyədən Gürcüstana qayıdıblar.
Qeyd edək ki, tüatr dekabrın 22-də yenə də “Ayı” tamaşasını oynamağı planlaşdırıb. Rollarda yenə eyni aktrisalar iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru isə Turqay Vəlizadədir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed