Şrift:
Klassik vokalçıların festivalının açılışı olub
18.12.2019 [10:35] - Mədəniyyət
Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında ilk dəfə Azərbaycan “Mədəniyyət” kanalının yeni layihəsi – klassik vokalçıların festivalının açılışı olub. Festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.
"Mədəniyyət" kanalının direktoru, əməkdar artist Ramil Qasımov çıxış edərək ölkəmizdə birinci dəfə keçirilən festivalın əhəmiyyətindən söz açıb. Azərbaycanda klassik vokal məktəbinin zəngin tarixindən danışan R.Qasımov deyib ki, bu sənətin yeni nəsillərə çatdırılmasında böyük sənət korifeylərimizin müstəsna xidmətləri olub. Qeyd edilib ki, bu gün ölkəmizdə mədəniyyət və musiqinin bütün janrlarının inkişafına dövlət tərəfindən böyük dəstək göstərilir. Belə layihələrin mədəniyyətimizin inkişafına və onun təbliğinə xidmət etdiyini deyən "Mədəniyyət" kanalının direktoru bu istiqamətdə addımların bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Tədbir konsert proqramı ilə davam edib.
Dekabrın 24-dək davam edəcək festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed