Şrift:
Uşaq hüquq müdafiəçisi Zöhrə Səyyadi həbs edildi
18.12.2019 [18:12] - Güney Azərbaycan xəbərləri
İranda adlı ölkədə uşaq hüquq müdafiəçisi Zöhrə Səyyadi həbs edilib. Fəal ötən həftə həbs olunsa da, bu barədə yenicə xəbər yayılıb. Fəalın bacısı Zəhra Səyyadi dekabrın 17-də jurnalistlərə açıqlamasında deyib ki, İranın təhlükəsizlik qüvvələri dekabrın 10-da Tehrandakı evlərində gələrək bacısını aparıblar: “Təhlükəsizlik qüvvələri günortadan sonra evimizə gəldilər. Onlar evdə axtarış apardıqdan sonra hər hansı bir səbəb göstərmədən Zəhranı özləri ilə apardılar.
Onlar bacımı apararkən dedilər ki, Zöhrəni dindirdikdən sonra axşam saatlarında evə buraxacaqlar. Lakin axşam oldu, bacımdan xəbər çıxmadı. Bir sutkadan sonra Zöhrə evə zəng vurub Tehranın Evin zindanında saxlandığını bildirdi. Hazırda biz bacıma qarşı irəli sürülən ittihamları və məhkəmənin vaxtını öyrənməyə çalışırıq” -deyə, Zəhrə Səyyadinin bacısı əlavə edib.
Qeyd edək ki, Zöhrə Səyyadi, şəxsiyyət vəsiqəsi olmayan kimsəsiz və kasıb uşaqların, o cümlədən də yoxsul bəluc uşaqlarının hüquqları uğrunda fəaliyyət aparır. O, həmçinin məktəbə getmək əvəzinə yoxsul ailələrinə yardım məqsədi ilə küçələrdə ağır işlərlə məşğul olan uşaqlara yardım göstərir. Zöhrə Səyyadi, kasıb ailələrdən olan uşaqlar və digər ictimai problemlər barədə bir neçə kitab müəllifidir.
Fəalın hazırda nədə günahlandırıldığı və Evin zindanında saxlandığı durum barədə hər hansı bir məlumat yayılmayıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed