Şrift:
Klublararası dünya çempionatının finalında “Liverpul” və “Flamenqo” komandaları qarşılaşacaq
19.12.2019 [09:46] - İdman
Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı müəyyənləşib. İkinci yarımfinal oyununda İngiltərənin “Liverpul” klubu Meksikanın “Monterrey” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda ingiltərəlilər 2:1 hesabı ilə qalib gələrək finala yüksəliblər. Görüşdə hesabı 12-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta vurub. 2 dəqiqə sonra Meksika təmsilçisinin hücumçusu Rogelio Funes hesaba tarazlıq gətirib. Oyunun taleyini “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonun 91-ci dəqiqədə vurduğu qol həll edib. Digər yarımfinal görüşündə isə Braziliyanın “Flamenqo” komandası Səudiyyə Ərəbistanının “Əl Hilal”ını məğlub edərək finala yüksəlib. Klublararası dünya çempionatının finalı dekabrın 21-də Qətərin paytaxtı Dohadakı “Education City” stadionunda keçiriləcək. Qeyd edək ki, son üç ildə bu turnirin qalibi İspaniyanın “Real Madrid” klubu olub.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed