Şrift:
İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq
19.12.2019 [11:33] - Xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il 542 yeni lift alınaraq Bakıya gətirilib.
Bu barədə BŞİH məlumat verilib. Məlumatda bildirilir ki, liftlər bu ilin sonuna kimi yaşayış binalarına quraşdırılaraq əhalinin istifadəsinə veriləcək. 542 lift 162 bina üçün nəzərdə tutulub: "Yeni və müasir liftlərin gətirilməsi gələn il də davam etdiriləcək. Hələlik Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan binaların liftləri dəyişdirilir. Həmin binaların hamısının liftlərinin dəyişdirilməsi nəzərdə tutulur. Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn il də davam etdiriləcək və istismar müddəti ötən digər liftlər də yeniləri alınaraq dəyişdiriləcək. Liftlər Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə imzalanmış müqavilə əsasında gətirilib".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed