Şrift:
Elvin İsayev ictimaiyyətə müraciət etdi
19.12.2019 [11:36] - Xəbərlər
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.
Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.
E.İsayevin vəkili vasitəsilə göndərdiyi müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed