Şrift:
Polşada növbəti prezident seçkiləri 2020-ci ilin mayında keçiriləcək
19.12.2019 [12:38] - Siyasət
Ölkə qanunvericiliyinə əsasən, əgər seçkilərdə namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, ikinci ümumxalq səsverməsi olacaq. Hazırkı Prezident Andjey Dudanın namizədliyini yenidən irəli sürəcəyi bildirilir. Onun əsas rəqibi hesab edilən Avropa Şurasının prezidenti Donald Tusk namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Namizədlər arasında ötən parlament seçkilərində Yaroslav Kaçinskidən sonra ən populyar sima olan xanım Malqojata Kidava-Blonskaya və Avropa Parlamentinin üzvü, sabiq Xarici İşlər naziri Radoslav Sikorski var. Sikorski yerli telekanallardan birinə müsahibəsində hələ tam qərar vermədiyini bildirib. Hazırda namizədlər seçki platformalarını hazırlayırlar və gələn ildən təşviqat-təbliğat kampaniyasına start veriləcək.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed