Şrift:
Milli fəal Nəsim Sadiqi Apellyasiya Məhkəməsinə çağırılıb
19.12.2019 [19:12] - Güney Azərbaycan xəbərləri
“Güney Azərbaycan Milli Hərəkatı”nın qadın fəalllarından biri kimi tanınan Nəsim Sadiqi qondarma molla rejiminin Apellyasiya Məhkəməsinə çağırılıb. Məhkəmənin elektron sistemi tərəfindən dekabrın 17-də milli fəala göndərilən çağırış vərəqəsində ondan dekabrın 20-də molla rejiminin Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinə müraciət etməsi istənilib.
Başkənd Təbriz sakini olan xanım milli fəal sentyabrın 21-ə qondarma “İslam İnqilabı Məhkəməsi”nin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. O “müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.
Nəsim Sadiqi bundan əvvəl məhkəmə prosesində irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Milli fəal həmçinin məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.
2018-ci il oktyabrın 21-də tutuqlanan xanım Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed