Şrift:
Türk dilində kitabların yandırılmasına etiraz olaraq Urmuda aksiya keçirildi
19.12.2019 [19:31] - Güney Azərbaycan xəbərləri
1946-cı il dekabr ayının 17-də Güney Azərbaycan Milli Hökumətinin irticaçı Rza Pəhləvi rejimi tərəfindən devrilməsinin ardından Güney Azərbaycanın bütün bölgə və şəhərlərində kütləvi şəkildə ana dilində çap olunmuş kitablar yandırılmışdır. Beləliklə də Güney Azərbaycanda ana dilində kitab, dərgi və qəzetlərin dərc edilməsi 1978-ci il 23 Bəhmən İnqilabı tarixinə kimi rəsmi şəkildə yasaq edilmişdir. 17 dekabr tarixi ana dilimizə və milli kimliyimizə qarşı İran adlı ölkənin istər pəhləvilər, istərsə də molla rejimlərinin istibdadına qarşı çıxan Güney Azərbaycan Milli Hərəkatının fəalları hər il həmin tarixdə ana dilində dərc olunmuş kitablar və dərgiləri soydaşlarımız arasında pulsuz olaraq dağıdırlar. Belə biro lay ötən gün Urmu şəhərində kütləvi xarakter almışdır və xalqımız bu aksiyanı çox böyük coşqularla qarşılamışdır.
Qeyd edək ki, 1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da) irqçi fars rejimin törətdiyi mədəni soyqırım “Yandırılmış Kitablar Günü” kimi ilə xatırlanır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed