Şrift:
“Sənin səsin - sənin seçimin” adlı toplantı təşkil olunub
20.12.2019 [12:32] - Sosial
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gəncəli gənclərin məlumatlandırılması məqsədilə Azərbaycan Texnologiya Universitetində “Sənin səsin - sənin seçimin” adlı tədbir keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Universitetin rektoru Akif Süleymanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə, Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasının sədri Elbar Əhmədov çıxışlarında ölkəmizdə gənclərin ictimai-siyasi həyatda oynadıqları fəal roldan, seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirilməsi üçün görülən işlərdən, eləcə də seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar, seçki prosesinin gedişi, səsvermə proseduru və qaydaları haqqında danışıblar. Natiqlər seçkilərdə hər kəsin, xüsusən də cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətli olduğunu qeyd edib, gəncləri seçki hüququndan istifadə edərək səsvermə prosesində fəal iştirak etməyə çağırıblar. Tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
“Gəncə Bürosu”
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed