Şrift:
Ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür
20.12.2019 [12:58] - İqtisadiyyat
Azərbaycanın ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinin payına düşür. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib. O bildirib ki, hazırda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. Ümumilikdə idxal əməliyyatlarının 25 faiz, ixrac əməliyyatlarının 27 faizi “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed