Şrift:
Zurabişvilinin bir illik fəaliyyəti ilə bağlı müxalif liderlər od püskürür – "Azərbaycanla skandal yaratdı"
20.12.2019 [13:50] - Borçalı
Salome Zurabişvilinin prezidentliyinin bir ili tamam olur. O çox vaxt jurnalistlərin ona ünvanladıqları suallara cavab vermir. Hər hansı bir böhran zamanı isə deyir ki, münasibət bildirə bilmərəm, çünki bu mənim işim deyil. Prezidentin səssizliyi isə artıq ölkəyə ağır siyasi təsir göstərir. Onun dövlət başçısı postunda əyləşməsinin bir illiyində Gürcüstan əhalisinin 70%-i prezidentə güvənmədiyini bildirib. Bu barədə "Mtavari Arxi" telekanalının hazırladığı xüsusi röportajında bildirilib. Telekanalın hazırladığı röportajda qeyd olunur ki, Rustavelidə etiraz aksiyaları zamanı polis əhalini dağıdarkən Salome Zurabişvili paytaxtdakı restoranların birində lobya yeyirdi və hadisələr barədə heç bir bəyanat vermədi. Onun bəzi bəyanatları isə ölkəyə ziyan vurdu. S.Zurabişvili siyasi səfərlərinə görə Azərbaycanla vəziyyət gərginləşdi və David Qareci monastr kompleksi Gürcüstan vətəndaşlarının üzünə bağlandı. Onun əfv fərmanı ilə qətldə və narkotiklərin satışında ittiham edilən şəxslər sərbəst buraxıldı. S.Zurabişvilinin Gürcüstan ordusu haqqında dedikləri isə tarixə yazılacaq. O Gürcüstanda ABŞ hərbi bazaları lazım deyil deməsi də tarixə qeyd olunacaq.
Müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Qrigol Vaşadze ölkə başçısı S.Zurabişvilinin prezidentliyinin bir illiyinin tamam olması barədə verdiyi müsahibədə bildirib ki, tarix boyunca Gürcüstanın çox sayda komediya aktyoru olub lakin S.Zurabişvili onların hamısını geridə qoyub: "S.Zurabişvili Bakıya səfər etdi və danışdıqları ilə iki ölkə arasında elə bir skandal yaratdı ki, yenidən münasibətləri bu ölkə ilə düzəltmək üçün 6 ay diplomatik fəaliyyət gərəkdir".
Müxalif "Respublika partiyasının" milli komitə lideri Levan Berdzenişvilidə ölkə başçısının bir illik fəaliyyətini dəyərləndirib. O deyib ki, bizim prezidentimiz Gürcüstan tarixinin ən pis prezidentidir:" Onun kimi ölkə idarəçisi, baş nazirləri də hesab edərsək, belə biabırçı idarəçimiz olmayıb".
“Mtavari Arxi” telekanalının xüsusi röportajında bildirilib ki, dövlət başçısı S.Zurabişvili prezidentliyi dönəmində siyasi kapitalı olmasa da antikvar əşyalar toplaya bilib. O ölkədə ki, uşaqlar, qocalar aclıq çəkdiyi bir dövürdə, kasıb ölkənin prezidentinin istəyi Orbeliani iqamətgahına (Prezident Sarayı) milyon yarımlıq antik əşyalar almaqdır. Müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqa Bokeria müvafiq məsələyə münasibət bildirərək vurğulayıb ki, nə vaxt ki, heç bir səlahiyyətin yoxdur, o zaman antikvar əşyalara bu qədər pul xərcləyirsənsə bu sənin cəmiyyəti vecinə almadığını göstərir. Prezidentin rəqiblərinin sözlərinə görə, o artıq ən gözlənilməz şeyləri belə edib. Onu prezident olaraq Bidzina İvanişvili seçdi praktiki olaraq 0%-lıq reytinqi olan S.Zurabişvilinin seçilməsi üçün milyonlar və administrativ resurs xərcləndi. Bundan əlavə xalqa təzyiq və ağılasığmaz metodlardan istifadə edildi. S.Zurabişvili hakim partiya üçün də xəyal qırıqlığı oldu. Ancaq B.İvanişvilinin hakimiyyəti bunu açıq şəkildə qəbul etmək istəmir. S.Zurabişvili prezidentliyinin bir illik fəaliyyətində ən çox tənqidə məruz qalandır. İnsanlar onun danışığını, geyimini, siyasi böhranlar zamanı etdiyi hərəkəti tənqid edirlər.
Parlamentin keçmiş sədri və Müxalif "Birləşmiş Gürcüstan" partiyasının lideri Nino Burcanadze də S.Zurabişvilinin bir illik fəaliyyətini dəyərləndirib. "seçkilər zamanı xatırlayırsınızsa, Salome Zurabişvilinin adının yazıldığı posterdə B.İvanişvilinin şəkili var idi. Belə bir şeyin dünyada analoqu olmayıb. Faktiki olaraq ölkənin prezidenti yoxdur. Ölkəmizin B.İvanişvili kimi monarxı var",-deyə N.Burcanadze vurğulayıb
Telekanal yaydığı röportajda vurğulanıb ki, Salome Zurabişvili Gürcüstanda son olaraq seçilmiş prezident olaraq qalacaq, hansı ki, onun namizədliyini irəli sürənlər onu gizlətdilər, seçki banerlərinə isə öz şəkillərini vurdular. Qeyd edək ki, Salome Zurabişvili 2018-ci ilin 16 dekabr tarixindən Gürcüstanın prezidenti kürsüsündə əyləşib. O Gürcüstanın seçilmiş ilk qadın prezidentidir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed