Şrift:
Muğam Mərkəzində "Azərbaycan vokalçıları" festivalı çərçivəsində xor konserti
22.12.2019 [22:23] - Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Azərbaycan vokalçıları” festivalı çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xor kollektivi çıxış edib. Kollektivin bədii rəhbəri Şəhla Ələkbərovadır. Tamaşaçılar xorun ifasında Üzeyir Hacıbəyli, Səməd Vurğun - “Ey Vətən”, Səid Rüstəmov, Zeynal Cabbarzadə - “Alagöz”, Françesko Maccio, Ramiz Abdulla - “Oda”, Xalq mahnısı “Qoy yarım gəlsin, Frans Şubert “Ave Mariya”, Cahangir Cahangirov, Ənvər Əlibəyli -“Xəzər” və xor üçün yazılmış digər əsərləri səsləndiriblər. Solistlər Səidə Manafova, Orxan Nur, Pərviz Verdiyev, Aynur İsgəndərli və xorun birgə çıxışları festivalı izləyən tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Proqramda, həmçinin Asəf Zeynallının "Ölkəm", Aqşin Əlizadənin "Dağlarda", Cövdət Hacıyevin "Ey gül" və “Turandot” operasından parçalar da səsləndirilib. Qeyd edək ki, dekabrın 24-dək davam edəcək festivalın final konserti Heydər Əliyev Mərkəzində keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed